5 iyul 2022, çərşənbə axşamı

Səlim Müslümov ev dustaqlığına buraxıldı


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

İstiqamet.org xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdə idi. O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. Hazırda onunla bağlı istintaq DTX tərəfindən aparılır. İstintaq dövründə onun həbs müddəti son olaraq apreldə 5 aylıq uzadılmışdı. Qeyd edək ki, bu müddət S.Müslümovla bağlı istintaqın tamamlanması üçün son həddir. Müddətin sonunda onunla bağlı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir. 


Bənzər yazılar