- 06 aprel 2022
- 14:43
Yüklənir...
Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına cərimə protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.
Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".