28 sentyabr 2022, çərşənbə

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb


Xəbər verdiyimiz kimi, mayın 24-ü Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş keçirilib. Sözügedən görüş Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində baş tutub.

İstiqamet.org xəbər verir ki, Mqer Qriqoryanın ofisi görüşün məhz hansı ərazidə keçirildiyini açıqlayıb.

Bildirilir ki, Ş.Mustafayev və M.Qriqoryan Arazdəyən yaşayış məntəqəsi (Yerasx) istiqamətində bir araya gəliblər.

Bununla yanaşı, tərəflər arasında növbəti görüşün tarixinin hələ təyin olunmadığı qeyd olunub.


Bənzər yazılar