- 06 aprel 2022
- 14:14
Yüklənir...
Ötən gün Qara dəniz üzərindən Ukraynaya “Kalibr” tipli qanadlı raketlər buraxan Rusiya ordusu bu gün də Qara dəniz sahilindən Ukraynanı hədəfə alıb.
İstiqamet.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynada hərbi infrastruktur obyektlərinin Rusiya Silahlı Qüvvələri tərəfindən dəqiq idarə olunan raketlərlə vurulduğu bildirilib.
“Bastion” sahil müdafiə bölmələri Qara dəniz sahilindən Ukraynadakı hədəflərə qarşı 2 ədəd “Onyx” dəqiq idarə olunan raketi atıb.
Hansı şəhərin vurulduğu açıqlanmayıb.