- 06 aprel 2022
- 14:14
Yüklənir...
“Rusiya Silahlı Qüvvələri Ukraynada daha 24 hərbi obyekti sıradan çıxarıblar”.
İstiqamet.org xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, Rusiya hərbçiləri hərbi əməliyyat başlayandan bu günə qədər Ukraynaya məxsus 125 təyyarə, 93 helikopter, 407 PUA, 227 zenit-raket kompleksi, 1981 tank və digər zirehli döyüş maşını, 215 reaktiv yaylım atəşi sistemi, 1882 xüsusi hərbi avtomobil texnikasını vurublar.