17 avqust 2022, çərşənbə

Fələstin-Azərbaycan münasibətləri: feyklər və reallıq!

Sahib Bəkir 16 Noyabr 2018


Bəzi icmaların azərbaycanlıların fələstinlilərə (ümumiyyətlə, bütün ərəblərə) olan nifrətini artırmaq üçün saxtakarlıqdan istifadə etdiklərini tez-tez müşahidə etmişəm. Bununla onlar müsəlman azərbaycanlıların simasında İsrailə olan gizli və ya aşkar rəğbətinə və işğalçı tərəfi dəstəklədiklərinə bəraət qazandırırlar.

Bu saxtakarlıqlar eynilə ermənilər tərəfindən istifadə olunur, guya ərəblərin əksəriyyəti  ermənistanı dəstəkləyir. Bununla düşmən müsəlman ərəblər və türklər arasında nifaq salmaq üçün öz təbliğatını aparır.

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №1

Və bu, düşməndə yaxşı alınır.

 Bütün bu cür saxtalaşdırmaların Türkiyədə dəfələrlə təkzib edilməsinə baxmayaraq, bu mif hələ də qardaş Azərbaycanda çoxları arasında geniş yayılmışdır.

Fotoşəkildə (2017) Ermənistan Xarici İşlər Nazirliyi Edvard Nalbandyan və İsrailin Baş naziri Binyamin Netanyahu (bu arada, bu cütlük xüsusilə işğal baxımından bir-birinin tayıdır).

İsrail Ermənistanla əlaqələrini bütün sahələrdə genişləndirməyə hazırdır: Benyamin Netanyahu (İsrail və Ermənistan arasında keçirilən https://www.aravot-ru.am/2017/11/08/256161/ görüşünün nəticələrini oxumağınızı məsləhət görürəm)

Yeri gəlmişkən, Fələstinlilər haqqında hər cür saxta yazılar paylaşılan Azərbaycan qruplarında bu haqda kimsə xatırlatdımı?!

На фото (2017 год) МИД Армении Эдвард Налбандян и Премьер министр Израиля Биньямин Нетаньяху (кстати красивая пара, оба друг друга стоят, особенно в плане оккупации)  

Birinci hissə

 Azərbaycan-Fələstin-Ermənistan-İsrail münasibətlərini təhlil edək.

Çox vaxt İsrailin Azərbaycanın demək olar ki, ən yaxın dostu və hətta qardaşı olduğunu və ərəblərdən (əsasən, fələstinlilərdən) fərqli olaraq Ermənistanla heç bir əlaqəsi olmadığını eşidirik. Bəzi azərbaycanlılardan eşitdiyimiz budur)) Bəs bu, doğrudanmı belədir?

Cavab:

Əlbətdə ki, yox. Ermənistanda İsrail səfirliyi/konsulluğu olduğu kimi İsraildə də erməni səfirliyi var. Budur rəsmi sübut https://www.embassy.am/office-of-the-honorary-consul-of-the-state-of-israel-in-armenia

 Ermənistan ilə İsrail arasında diplomatik münasibətlər 1993-cü ildə başlamışdır. O zaman, hətta Qarabağ müharibəsi hələ tam bitməmişdi!

Ermənistanla İsrail arasında iqtisadi əlaqələr.

İqtisadiyyat baxımından İsrail və Ermənistan uzunmüddətli və stabil partnyorlardır. “Müstəqillik elan edildiyi gündən bəri, Ermənistan İsraildən dəstək alırdı və bu gün də İsrailin ticarət tərəfdaşlarından biri olaraq qalır. MKİ-nin  Ümumdünya faktlar kitabına (və ya "Ümumdünya Factbook") görə, Ermənistan bütün idxalatın 4.8% -ni İsraildən alır. Nəticədə İsrail bütün Ermənistan ixracatının 7,1% -ni alır. "

Onu da qeyd etmək istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında da ticarət dövriyyəsi var, ancaq Türkiyə ilə Ermənistan qonşudur və burada artım ölkələr arasındakı münasibətlərlə deyil (hansı ki, pisdir), özəl bizneslə izah olunur.

İndi bu məsələdə Fələstinlə münasibətlərin necə olduğuna nəzər salaq.

Fələstində rəsmi olaraq erməni səfirliyi belə yoxdur! Heç iqtisadi əlaqələr də yoxdur. Şübhə edənlər Ermənistanın səfirliklərinə dair rəsmi məlumatları yoxlaya bilərlər. Onu da əlavə edim ki, Səudiyyə Ərəbistanı və Pakistan kimi böyük müsəlman dövlətləri ( Türkiyə haqda susuram) Ermənistanı bir dövlət kimi tanımırlar və yalnız Ermənistanın Qarabağı qaytaracağı təqdirdə səfirliklərini açmaq mövqeyində idilər.

Fələstin və Azərbaycan.

Fələstinin isə Azərbaycanda öz səfirliyi var! Və Fələstin  Dağlıq Qarabağı rəsmi olaraq  Azərbaycan ərazisi kimi tanıyır (yeri gəlmişkən, Fələstinin DQR-i tanıması barədə saxta məlumat var, bu barədə aşağıda daha ətraflı danışacağıq). Beləliklə, Fələstinin Azərbaycandakı səfirliyinin rəsmi saytı http://www.embassyofpalestine.az/?fbclid=IwAR1PyMzekogdmM90i3DJBXNSmMXPbEEAoRjvF_gj5Rtj98tt8Yf8QTp W0P0 Burada linklər və səfirliyin əlaqə nömrəsi mövcuddur, istənilən azərbaycanlı bunu asanlıqla yoxlaya bilər.

Во время церемонии встречи между президентом Палестиной Махмудом Аббасом и президентом Азербайджана Ильхамом Алиевом (а теперь постарайтесь найти встречу между президентом Палестины с государством Армении… упс, вы не найдете, так как такой встречи не было)

Fələstin Prezidenti Mahmud Abbas ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş mərasimi zamanı (indi Fələstin Prezidenti ilə Ermənistan dövləti arasında olanbgörüşü tapmağa çalışın... tapa bilməzsiniz, çünki belə bir şey olmayıb)

Qeyd etmək istərdim ki, Səudiyyə Ərəbistanı (ərəblər), bəzi azərbaycanlıların nifrət etdikləri və bütün bu dövlətlər Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan idi. Eynilə Pakistan da bir neçə dəfə qardaş Azərbaycana hərbi yardım göndərməyə hazır olduğunu bildirmişdir.

Səudiyyə Ərəbistanı (ərəblər) Azərbaycan Ermənistanın təcavüzkarlığının qurbanı olduğu zaman, maliyyə baxımından çətin vəziyyətdə ikən Azərbaycanın məcburi köçkünləri üçün "Ərəb-1" və "Ərəb-2" və Ərəb-3" şəhərciklərini tikdirdi, burada minlərlə insanın yemək, paltar, isti yer və yataq ehtiyacını ödədi. Həmçinin Azərbaycana maliyyə yardımı göstərdi. Budur rəsmi hökümət mənbəyi http://riyadh.mfa.gov.az/az/content/55

(Ərəbfoblardan hansı biri bizə "qardaş İsrail"in oxşar köməyini göstərə bilər?)

Həmçinin Pakistan, Səudiyyə Ərəbistanı və Fələstin, Azərbaycana görə Ermənistanla nə diplomatik, nə də iqtisadi əlaqələr qurmamışdır. Yeri gəlmişkən, Ermənistanla əməkdaşlığa görə Səudiyyə Ərəbistanı vətəndaşı cəzalandırıla bilər və Səudiyyə Ərəbistanı Qarabağı Azərbaycana qaytarmayacağı təqdirdə  Ermənistanla əlaqə qurmamaq mövqeyində idi. Budur http://riyadh.mfa.gov.az/content/55 (bu, Azərbaycan versiyasıdır və dövlət saytındakı Azərbaycan-Səudiyyə münasibətlərinə dair ən əhatəli versiyadır). Pakistan və Türkiyədən isə ümumiyyətlə bəhs etməyəcəyəm, onların köməyi (xüsusilə Türkiyənin) hədsiz böyükdür.

Nəyə gətirirəm? Bu, İsrail və/və ya İranı (hansı ki,  Ermənistanla eynilə açıq şəkildə əməkdaşlıq edir və yardım göstərir) çox dəstəkləyən  azərbaycanlılara bir cavabdır.

 

Fələstin-Azərbaycan münasibətlərindəki yalnış məlumatlar (dezinformasiya).

Bəzi KİV-lər Azərbaycan ictimaiyyətini parçalamaq və digər müsəlman xalqlara qarşı marağı zəiflətmək üçün hər cür saxta xəbərə (feyk-nyus) əl atırlar.  Ən məşhur saxta xəbərləri təqdim edirik:

1.

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №4

"Biz erməniyik". Yasir Ərəfat. 

Fələstin Milli Administrasiyasının keçmiş sədri.

Cavab:

Tam yalan! Birincisi, onun heç bir yerdə belə bir ifadəsi işlənməyib. Yalnız bir neçə erməni qrupunda yazılmışdı və təəssüf ki, çox sayda Azərbaycan qrupu (xüsusilə İsrail tərəfdarları, onlardan biri şəkildə) bu məlumatın etibarlılığını yoxlamadan əlində bayraq etdilər. Və guya Qarabağ məsələsində onun Ermənistanı dəstəkləməsi -- bu da yalandır.

Bu kifayət deyilsə, buyurun:

http://lib.aliyevheritage.org/ru/7786071.html - Prezident Heydər Əliyev (Azərbaycanın keçmiş prezidenti) adına rəsmi elektron kitabxana. Heydər Əliyev və Yasir Ərəfat arasındakı görüşü təsvir edir. Oxumağınızı məsləhət görürəm

http://lib.aliyevheritage.org/ru/7786071.html Prezident Heydər Əliyev adına rəsmi elektron kitabxana

http://lib.aliyevheritage.org/ru/7786071.html официальная электронная библиотека именем президента Гейдара Алиева

Düşünürəm ki, kifayət qədər məlumat var. Yasir Ərafatın Qarabağı  ermənilərə aid olmasını necə "tanıdığını" və hətta dəstəyini ifadə etdiyinə dair məlumatın hardan götürüldüyünü bilmirəm, hətta indiki Fələstin də Dağlıq Qarabağı erməni torpağı kimi tanımır və ermənistanla diplomatik əlaqələri yoxdur, İsraildən fərqli olaraq (!)

Hilarion Kapuççi məhkəmədə

Иларион Капуччи в суде

Budur Ərafat ilə görüşü http://contropiano.org/news/aggiornamenti-in-breve/italia/2017/01/04/lultimo-saluto-hilarion-capucci-087618 Hilarion Kapuççidən bir xatirə   ( 2017-ci ildə vəfat etmiş)

Встреча Арафата с Иларионом Капуччи

Ərafatın Hilarion Kapuççiylə görüşü.

Abbasın özü də ordadır (Fələstinin indiki başçısı). Fələstinin müstəqilliyi uğrunda mübarizəyə verdiyi töhfəyə görə Hilariona  mükafat təqdim olunur.

Əgər bu fotoşəkili görənlər orada bir erməni yepiskopu olduğunu söyləyirlərsə, budur, İsrail mediasının özündən bir link https://unitedwithisrael.org/palestinians-mourn-death-of-terror-aiding-bishop/

Fələstin Prezidenti Mahmud Abbas, Fələstinin müstəqilliyi uğrunda mübarizəyə verdiyi töhfəyə görə Hilariona  mükafat təqdim etdi.

Президент Палестины Махмуд Аббас вручают награду Илариону за его вклад в борьбу за независимость Палестины.

2.

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №6

Cavab:

Artıq Ərafatın adından gətirilən yuxarıdakı sitat barədə kifayət qədər məlumat verildi. İndi, gəlin, Ərafatın guya ermənilərə olan sevgisini "sübut edəcək" bir videodan bəhs edək. Fotoşəkildə heç də erməni ruhani deyil, suriyalı katolik yepiskopu Hilarion Kapuççidir və Melkit Yunan Katolik Kilsəsində Kesariyyanın titul arxiyepiskopu kimi xidmət etmişdir. O, 1974-cü ildə İsrail tərəfindən Fələstinliləri şiddətlə dəstəklədiyinə görə həbs olunmuşdur. Yalnız 4 ildən sonra (yəni 1978-ci ildə) İsrail Avropanın təzyiq göstərməsi səbəbindən onu azad etmək məcburiyyətində qaldı. Vatikanın da müdaxiləsi oldu. Sərbəst buraxılan kimi fələstinlilər və onların lideri onunla şəxsən görüşdü! Həmçinin İraq, Suriya, Livan, Sudan kimi bəzi müsəlman ölkələrində Hilarion Kapuççinin şərəfinə poçt markası buraxıldı.

Mən bir şeyi də qeyd etmək istəyirəm, əgər o, erməni olsaydı, bunun bizim üçün nə fərqi var? Axı o, fələstinlilərə xidmət edir, yardım göstərirdi. Əgər Hilarionun əvəzinə bir erməni, azərbaycanlı, amerikalı və ya hətta bir yəhudi olsaydı, vəziyyət yenə də eyni olacaqdı. İnsan millətinə görə deyil, əməllərinə görə mühakimə olunmalıdır. Ancaq bu şəkildə yalançılar onu ermənilərə aid etdilər. Və bunun bir səbəbi var. Sonda izah edəcəyik.

Почтовые марки Ирака, Судана и Сирии где Иларион Капуччи

3.

 "Fələstin lideri erməni adları daşıyan küçələr və dostluq obyektləri açır." 

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №11

Cavab:

Növbəti yalan, ərəb dilini bilən hər bir kəs bu yazının yalan olduğunu başa düşər. Bu foto 8 il əvvəl, 13 may 2009-cu ildə çəkilib. Fotoşəkildə Fələstindəki erməni kilsəsi tərəfindən "Aida" qaçqın düşərgəsinin fələstinli qaçqınları üçün inşa edilən amfiteatr əks olunb.

http://www.1news.az/news/posol-stvo-palestiny-est-sily-pytayuschiesya-vnesti-razdor-v-azerbaydzhano-palestinskoe-bratstvo---foto

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №12

Bir faktı da əlavə edim ki, Fələstinin rəsmi olaraq Ermənistanla nə diplomatik, nə də iqtisadi əlaqələri yoxdur (həmənki İsraildən fərqli olaraq). Mahmud Abbas da xalqın prezidentidir və ölkəsinin hər bir xalqı onun öz xalqıdır.

Türkiyədə də yetərincə erməni yaşayır və rəsmi olaraq erməni məktəbləri var (tədris də erməni dilində aparılır), erməni kilsələri var və bu yaxınlarda daha biri açıldı. Türkiyədə Axtamar Erməni Kilsəsi yenidən açıqdır və ağlı başında olan heç kim Türkiyəni (xüsusən, Ərdoğan Türkiyəsini) ermənilərlə iş birliyində və ya onlara köməkdə günahlandırmağa cəsarət edə bilməz. Təxminən 100 min erməni Türkiyədə yaşayır  və onlar Türkiyə vətəndaşıdır. Millətindən asılı olmayaraq vətəndaşlarımızın qayğısına qalmalıyıq.

4.

 İsrailin bizə silahlarını satdığı və s. barədə tez-tez məlumatlara rast gələ bilərsiz.

Bu cür insanlara xatırlatmaq istəyirəm ki, əgər Azərbaycanın nefti və qazı olmasaydı, İsrail haropları azərbaycanlı qardaşlarımızın başına düşərdi..

Budur, 2017-ci ildən bir nümunə:

 

Это Армения отказалась от покупок израильских вооружение, а не сам Израиль.

"İsrail Ermənistana silah almağı təklif edib, lakin Ermənistan imtina etmişdir"-Knessetin keçmiş deputatı.

İsrail deyil, Ermənistan idi İsrailin silah satışından imtina edən .

Qalan hər şeyi burada oxuya bilərsiniz: https://www.radiovan.fm/station/article/249

5.

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №14

"Pakistan və Səudiyyə Ərəbistanı Qarabağ məsələsinə görə Ermənistanı tanımır və onunla heç bir diplomatik münasibətlər qurmur, Fələstindən fərqli olaraq. Fələstin isə ermənilərin "soyqırımını" anır.

 

Cavab:

Yenə yalan. Ümumiyyətlə, bunun Fələstinə heç bir aidiyyəti yoxdur. Hətta Fələstinin Azərbaycandakı səfirliyi bununla bağlı aşağıdakıları söyləyib:

“Bu poçt markası etibarsızdır və üzərində rəsmi poçt möhürü yoxdur“

Səfirlik Fələstinin poçt markaları ilə maraqlanan bütün şəxslərdən ölkənin poçt strukturunun veb saytını ziyarət etmələrini və buraxılmış markaların nümunə və poçt formalarını öyrənmələrini xahiş edir. Fələstin dövləti və xalqı türk xalqı ilə yaxın və xüsusi əlaqələrə malikdir və Türkiyə və Azərbaycan ilə münasibətlərin pisləşməsinə səbəb ola biləcək belə bir addımın qəbuledilməzliyini qeyd edir.

Səfirlik media nümayəndələrini bu cür məlumatları yerləşdirməyə tələsməməyə, işlərinə məsuliyyətlə yanaşmağa, fotoşop və digər proqramlarla hazırlanmış fotoşəkilləri əsillərindən fərqləndirməyi bacarmağa çağırır".

 

https://report.az/ru/vneshnyaya-politika/posol-stvo-v-palestine-ne-izdavalas-pochtovaya-marka-posvyashennaya-t-n-genocidu-armyan/ https://aze.az/news_v_palestine_ne_118474.html

6.

Палестино-Азербайджанские отношения — фейки и реальность!, изображение №15

"Azərbaycan və Türkiyə bayraqları Livanın paytaxtı Beyrutda ayaq altına sərilib. Bunula ermənilərə olan sevgi nümayiş olunur."

Cavab:

Bununla bağlı biz əvvəllər cavab vermişik, keçidləri əlavə edirəm:

Birincisi: https://vk.com/wall-46362087_215453

İkincisi: https://vk.com/wall-46362087_21

Cavabın bir hissəsini buraya yerləşdirdim (tam cavabı görmək istəyirsinizsə, keçidləri izləyin).

Livanda çox sayda erməni var.150 mindən başlayaraq və daha çox. Livan əhalisinin demək olar ki, yarısı isə xristianlardır. Ən maraqlısı budur ki, Livan ərəbləri niyə Azərbaycan bayrağını tapdalasınlar? Əminəm ki, Livan ərəbləri arasında Azərbaycan və onun bayrağı barədə ümumiyyətlə bilənlər azdır. Xatırlatmaq istərdim ki, eyni ilə Türkiyədə də yetəri sayda erməni var (ən azı 100 min) və ermənilər vaxtı ilə İstanbulda "biz hepimiz ermeniyiz" (hamımız erməniyik) adlı böyük mitinq keçirmişdi. O zaman bəlkə türkləri də ermənipərəstlikdə günahlandırsınlar?

Митинг армян в Стамбуле, на плакате написано «Мы все Гранд Дики, мы все армяне»(на турецком и на армянском)

İstanbulda ermənilərin mitinqi, plakatda “Hamımız Hrant Dikik, hamımız erməniyik” (türkcə və ermənicə)

Ancaq heç kim türkləri ermənipərəstlikdə ittiham edə bilməz.

 

7. Fələstin Ermənistanda səfirlik açıb?

İndi başqa bir yalan xəbərə keçək. İddialara görə, Fələstin Ermənistanda səfirlik açmışdır... Bu da yalandır.  Fələstinin Azərbaycandakı səfirliyi Ermənistanda Fələstin səfirliyinin açılması barədə məlumatı təkzib etdi:

Daha ətraflı: https://ru.sputnik.az/politics/20150824/401709146.html

Ayrıca, Fələstin vaxtı ilə Dağlıq Qarabağda keçirilən sözdə olan "parlament seçkiləri"ni tanımamışdır.

Davamı keçiddə: https://www.trend.az/azerbaijan/karabakh/2379494.html

Həmçinin video-məlumatlar:

Azərbaycan Prezidenti ilə Fələstin Prezidenti arasında rəsmi dövlət görüşü (Bakıda görüş).

Və görün, Fələstin Prezidenti Mahmud Abbas açıq şəkildə nə deyib. Deyib ki, Fələstin də Azərbaycan kimi işğaldan əziyyət çəkir, ortaq dərdimiz var və bir-birimizi dəstəkləyirik.

Üçüncü hissə. Nəticə.

Beləliklə, gördüyünüz kimi, əziz oxucular, bizə qarşı yalan xəbərlər yayılır. Düşmənlərin məqsədi həmişə olduğu kimi müsəlman xalqları bir-birindən soyutmaqdır. Bu taktikanı uzun müddətdir (Osmanlı xilafəti dövründən bəri), aparırlar. Türklər və ərəblər iki ən  böyük müsəlman xalqıdır. Və məhz onları bir-birinə qarşı qaldırmağa çalışırlar! Özü də çoxdan çalışırlar. Əgər 100 il əvvəl bunu Lorens Araviyskiy, Gertrud Bel və s. kimi agentlərin vasitəsilə edirdilərsə, indi bunu öz soydaşları arasında yalanlar yayaraq müsəlmanları bir-birinə qarşı qışqırtmaq üçün səy göstərən, eyni zamanda, bəlli olmayan birilərilə qardaşlıq qurdurmağa çalışan bu cür riyakar yalançılar vasitəsilə edirlər.

Təəssüf ki, müsəlman xalqların bir çox problemlərindən biri onları manipulyasiya etməyin asan olmasıdır... Mediada  yalan bir xəbər at və hazırdır -- hər yerdə geniş yayılacaq, lakin az sayda insan bu xəbərin mənbəyi və nə dərəcədə doğru olduğunu araşdıracaqdır.  Təəssüf ki, azərbaycanlılar da belədir... Mən özüm də  bir azərbaycanlıyam (yarım da olsa), Azərbaycanda  az yaşamamışam  (4-5 ildən çox)  və xalqımı gözəl tanıyıram. Birinə bir şey deyin, dərhal inanacaq və bunun doğru olub-olmadığını soruşmağa cəhd etməyəcəklər...

Bu, problemlərdən biridir. İnformasiya müharibəsində çox uduzuruq və bizi manipulyasiya etmək çox asandır. Bu baxımdan düşmənlərimiz, rəqiblərimiz və s. (məsələn, ermənilər) bizdən daha bacarıqlıdır. Və mediada manipulyasiya vasitələrindən necə istifadə ediləcəyini əla başa düşürlər.

Yeri gəlmişkən, saxta məlumatların çoxu israillilərin və ermənilərin özlərindən gəlir. Ermənilərin məqsədi azərbaycanlıların və digər müsəlmanların bir-birlərinə münasibətini zəiflətməkdir. İsraillilər də həmçinin. Axı İsrailin əsas düşmənləri müsəlman ölkələridir (ərəb ölkələri),  Ermənistanın isə Azərbaycandır.

Azərbaycanı ən çox müsəlman ölkələrini dəstəkləyir. Məhz müsəlman ölkələrinin əksəriyyəti Ermənistanı dövlət olaraq tanımır və diplomatik əlaqələr qurmamışdır. Növbəti dəfə təxribat xarakterli xəbərləri oxuduğunuz zaman diqqətli olun.

Bəzilərinin İsrailin bizə silah ötürməsinə dair dediklərinə əlavəm var. Beləliklə, birincisi, İsrailin Birinci Qarabağ müharibəsində Azərbaycana dəstəyi harada idi? Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələri və İKT (İslam Əməkdaşlıq Təşkilatı) Azərbaycanı yalnız sözlərlə deyil, həm də maliyyə dəstəyi də verdilər və Ermənistana qarşı sanksiya tətbiq etdilər (onu tanımadığı, iqtisadi əməkdaşlıq etmədiyi halda belə). İsrail isə Ermənistanla həm iqtisadi, həm diplomatik münasibətləri saxlayır. Bir də ki, İsrail bütün silahlarını pulsuz deyil, maliyyə qarşılığında verir. Birinci Qarabağ müharibəsi zamanı Türkiyənin "Aselsan" şirkəti təcili olaraq yeni rasiyaları Azərbaycana pulsuz olaraq təhvil verdi (belə ki, SSRİ rasiyaları Qarabağdakı azərbaycanlılarda qəfil işləməməyə başladı) və bizimkilər bu yolla azərbaycanlıların bir hissəsini soyqırımdan qurtardı (təəssüf ki, Xocalı üçün bunu çatdıra bilmədilər və ordakılar dünyadan xəbərsiz qaldı...). 
Bundan başqa, Türkiyə, Səudiyyə Ərəbistanı və İKT öz hesablarına qarabağlı azərbaycanlı qaçqınlar üçün düşərgələr tikdilər və təmənnasız olaraq iki milyon dollar vəsait ayırdılar. 

İsrail üçün isə vacib olan puldur və bu pul Ermənistanda olsaydı, indi ermənilər İsrail silahları ilə azərbaycanlıları öldürəcəkdilər. Habelə, digər ölkələrdən az sayda olmayan müsəlmanlar da Azərbaycan üçün vuruşdu, məsələn, yüzə yaxın çeçen (Şamil Basayevin rəhbərliyi altında) azərbaycanlı qardaşları üçün döyüşürdü və türk könüllüləri də həmçinin.

Bəziləri İsraili qorumaq üçün Azərbaycanın Milli Qəhrəmanı olan Albert Aqarunoviç haqqında danışacaq. Bağışlayın, amma o, Azərbaycan vətəndaşı idi və Vətənini qoruyurdu. Bu məntiqlə götürsək, o, yəhudi olduğu üçün İsraili sevməli və qardaş ölkə saymalıyıq..? Bu analogiya ilə Rusiya və ruslar da qardaş sayılmalıdır, çünki ruslar arasında Azərbaycanın İqor Vladimiroviç Makeyev, Yuri Kovalyov və digəriləri kimi milli qəhrəmanları var.

Unutmayın ki, İsrail Azərbaycandan İrana qarşı əks-təsir kimi istifadə edir və Azərbaycan ərazisindən İrana hücum üçün platsdarm kimi istifadə etməyi planlaşdırması yeni bir fakt deyil və bu, çox təhlükəlidir, çünki bu vəziyyətdə Azərbaycan xalqı əziyyət çəkəcək!


Bənzər yazılar