5 iyul 2022, çərşənbə axşamı

Əsgərin ölümünə səbəb olan sabiq polis hakim qarşısına çıxarılır


 

Bakıda Daxili Qoşunların əsgərini maşınla vuraraq öldürən sabiq polislə bağlı istintaq yekunlaşıb.

Qəzanı törədən keçmiş polis serjantı Vaqif Novruzovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda baş verib. V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. Sonuncu xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

V.Novruzov saxlanılıb Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaaydalarını pozma) maddəsi ilə mühakimə olunacaq.


Bənzər yazılar