17 may 2022, çərşənbə axşamı

Erməni nazirdən Zəngəzur açıqlaması


Ermənistan və Azərbaycan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir.

İstiqamet.org xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan əlavə, hazırda ekspertiza işləri aparılır. Nəticələri növbəti iclaslarda açıqlanacaq”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırki mərhələdə üçtərəfli qrup konkret hədəflərlə bağlı konkret işlər aparır. Dəmir yolunun Ermənistanda yerləşən hissəsində işlər aparılır.


Bənzər yazılar