17 may 2022, çərşənbə axşamı

Ərdoğan Putinə Soçidə nə təklif edib?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

İstiqamet.org xəbər verir ki, bu açıqlama ilə yunan aparıcı İoannis Theodoratos çıxış edib.

“Rusiya tez-tez Türkiyəni dəstəkləyir. Rusiya hər zaman öz maraqlarını düşünür və maraqları naminə hər kəsin əleyhinə Türkiyənin yanında durur”, - yunan aparıcı söyləyib.

O qeyd edib ki, Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi TFX-in etibarlı mühərrikə sahib olması üçün Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

Theodoratos Qərbin davamlı embarqosuna məruz qalan Türkiyənin Rusiya sistemlərinə üz tutmağa başladığını bildirib.

 


Bənzər yazılar

  • 06 aprel 2022
  • 14:14
Jirinovski öldü