17 may 2022, çərşənbə axşamı

Emre Belözoğlu Mahir Emrelidən danışdı - “Təklif göndərmişik”


 

“Mahir Emreliye təklif göndərmişik”.

Bunu futbolinfo.az-a açıqlamasında “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu deyib.

O bildirib ki, Azərbaycan millisinin forvardı üçün təklif göndərsələr də, durum tam bəlli deyil: “Durum tam bəlli deyil. Biz təklifi etmişik, amma gözləyirik”.

Emre Belözoğlu Mahir Emreli üçün 750 min avroluq təklif göndərdiklərini də təsdiqləyib: “Bu transferi idarə heyəti və mən bir yerdə istədik. Onun Türkiyə Super Liqasında uğurlu olacağına çox inanıram”.


Bənzər yazılar