5 iyul 2022, çərşənbə axşamı

Bakıda yanğın başladı - Video + Yenilənir


Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.

İstiqamet.org xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodların birində baş verib.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.

Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.

 








Bənzər yazılar