5 iyul 2022, çərşənbə axşamı

“Albayrak Media Group”un rəhbərliyi ilə görüş keçirildi - Foto


Bu gün Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

İstiqamet.org xəbər verir ki, bu haqda MEDİA-dan məlumat verilib.

Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları barədə məlumatlandırıb. 

"Albayrak Media Group”un rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. 

 


Bənzər yazılar